CƏMİYYƏT


Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Bakı, 21 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 56 kubmetr təşkil etməklə ongünlük normanın 84 faizinə bərabərdir.

Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 8, Salyan və Bankə məntəqələrində 2 santimetr azalıb. Lakin suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 435, Şirvanda 323, Salyanda 286, Bankədə 246, Araz çayının Novruzlu məntəqəsində isə 163 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.