CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb

Bakı, 24 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindəki çaylarda sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsinin çaylarında isə 60-80 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində də 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 54 kubmetr təşkil etməklə ongünlük normanın 71 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 275, Salyanda 231, Bankədə 215, Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.