MN: Yolu azaraq Ermənistan tərəfə keçən iki hərbçimiz aparılan danışıqlar nəticəsində geri qaytarılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:34]
Bakıda NATO-nun təlim kursu keçirilir
- 09.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 9 oktyabr
- 08.10.2026 [15:00]
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- 08.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 8 oktyabr
- 08.10.2026 [10:08]
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub
- 07.10.2026 [12:00]