SİYASƏT


Mahmud Ələvi: İran və Azərbaycan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır

Tehran, 17 dekabr AZƏRTAC

İran və Azərbaycan arasında bütün sahələr üzrə intensiv əlaqələr mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikri İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Azərbaycana etdiyi səfərin yekunları haqqında danışarkən söyləyib.

Nazir bildirib ki, hər iki ölkənin təhlükəsizlik xidmətləri beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizədə informasiya mübadiləsi aparır. Qonşu və dost olan Azərbaycan ilə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır.

Azərbaycanda keçirdiyi görüşlərin uğurlu olduğunu bildirən S.M.Ələvi qeyd edib ki, hər iki xalqın tarixi, dini və mədəni ortaqlığının mövcudluğu təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tələb edir: “İran ilə Azərbaycanın yaxşı münasibətləri bəzi dairələr tərəfindən yaxşı qarşılanmır. Münasibətlərin pozulmasını istəyən və bundan öz mənafeləri üçün yararlanmağa çalışanlar da var. Lakin hər iki dövlətin münasibətləri qarşılıqlı etimada əsaslanır”.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.