İDMAN


“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb

Bakı, 28 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran görüşü “Stenford Bric” stadionunda baş tutub. “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci yerə yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

Növbəti turda London təmsilçisi səfərdə əzəli rəqibi "Liverpul"un, "Mançester Yunayted" isə "Kristal Palas"ın qonağı olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.