DÜNYA


Maryan Şarets Sloveniyanın Baş naziri seçilib

Lyublyana, 17 avqust, AZƏRTAC

Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin Baş naziri vəzifəsinə seçib.

AZƏRTAC xəbər verir ki, beş partiyadan ibarət koalisiyaya rəhbərlik edən və əlavə olaraq solçuların dəstəyini qazanan siyasətçiyə parlamentin 55 üzvü səs verib. Gizli səsvermədə parlamentin bütün üzvləri - 90 parlamentari iştirak edib. Bununla da 40 yaşlı M.Şarets ən gənc Baş nazir kimi Sloveniya tarixinə düşüb.

M.Şarets hökumət rəhbərliyinə seçilsə də, koalisiyaya daxil olan parlamentlər nazirliklər üzrə bölgü və nazir postlarına namizədlər barədə hələlik qərar verməyiblər. Sentyabrın 3-dək M.Şarets parlamentə nazir vəzifəsinə namizədlərin siyahısını təqdim etməli, sentyabrın 5-7-də isə parlamentdə həmin namizədlərin dinlənilməsi keçirilməlidir. Hökumətin tərkibi isə sentyabrın 11-14-də təsdiqlənməlidir.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib. Beş partiyadan ibarət koalisiya yaradan M.Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.