CƏMİYYƏT


Media Təhlil Mərkəzi tərəfindən PR təlimləri keçirilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 5-dən 19-dək Media Təhlil Mərkəzi (MTM) tərəfindən PR işləri üzrə təlimlər keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ilk təlimlərdə sözügedən sahə üzrə müvafiq bilik və bacarığa yiyələnmək istəyən bir qrup gənc iştirak edib.

Təlimlərin əsas məqsədi PR mütəxəssislərinin hazırlanması, onlara bu sahədə müvafiq bilik və bacarıqlarının öyrədilməsi, çalışdıqları qurumların fəaliyyəti haqqında məlumatların ölkə ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması yolları, bunun üçün müasir PR üsulları və texnologiyalarından səmərəli istifadənin, beynəlxalq təcrübənin mənimsənilməsi olub.

Bundan başqa, təlimlərdə ictimaiyyətlə, media ilə əlaqələr, bunun üçün istifadə edilən müasir yanaşmalar, mətbuat xidmətinin işini qurma prinsipləri, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, nəzərdə tutulmuş məlumatların klassik və müasir üsullarla cəmiyyətə çatdırılma yolları əsas diqqət mərkəzində yer alıb. Təlimlər bu sahə üzrə ixtisaslaşmış PR mütəxəssisləri tərəfindən keçirilib.

Qeyd edək ki, bu cür təlimlər Azərbaycanda PR sahəsinin inkişafına mühüm töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.