SİYASƏT


Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir

Ankara, 21 yanvar, AZƏRTAC

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop parlamentdə 20 Yanvar faciəsinə həsr olunan fotosərginin açılışında deyib.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışan sədr bildirib ki, Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu vurğulayan parlament sədri qeyd edib ki, ölkəsi bu problemin nizamlanması ilə bağlı Azərbaycanın ortaya qoyduğu səyləri bundan sonra da müdafiə edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.