REGİONLAR


Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatının yarımfinal görüşləri mayın 15-də olacaq

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında mayın 14-də keçirilən 11-ci turun oyunlarından sonra yarımfinala yüksələcək şahmatçıların adları məlum olacaq.

Yarımfinal görüşləri mayın 15-də start götürəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.

11-ci turda aşağıdakı görüşlər keçirilir:

Misrətdin İsgəndərov - Aydın Süleymanlı

Abdulla Qədimbəyli - Fərid Abbasov

Məhəmməd Muradlı - Kənan Qarayev

Vasif Durarbəyli - Urfan Sevdimalıyev

Eltac Səfərli - Vüqar Əsədli

Nicat Məmmədov- Nicat Abasov

Qeyd edək ki, mayın 13-də keçirilən 10-cu turda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Vasif Durarbəyli (2606) ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb. Qrossmeyster Nicat Abasov (2665) isə qrossmeyster Eltac Səfərlini (2598) məğlub edib. Beynəlxalq usta Məhəmməd Muradlı (2449) eyni uğura qrossmeyster Urfan Sevdimalıyev (2369) ilə görüşdə nail olub. Tamaşaçılar digər 3 görüşdə “sülh”ə şahidlik ediblər. Belə ki, beynəlxalq usta Aydın Süleymanlı (2520) qrossmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Kənan Qarayev (2331)beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə, qrossmeyster Fərid Abbasov (2528) isə qrossmeyster Misrətdin İsgəndərovla (2535) heç-heçə edib.

10 turdan sonra turnir cədvəlinə 3 zəka sahibi eyni xalla başçılıq edir. Belə ki, Nicat Abasov, Vasif Durarbəyli və Vüqar Əsədli 6,5 xal toplayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.