CƏMİYYƏT


Ölkəmizdə Ümumdünya Uşaqlar Günü qeyd olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) üzvləri 20 noyabr-Ümumdünya Uşaqlar Gününü xüsusi proqramla qeyd ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) AZƏRTAC-a bildiriblər ki, AYAP-ın Məşvərət Şurasının üzvləri cəbhəyanı rayonların icra hakimiyyətlərinin başçıları ilə xüsusi videomüsahibə təşkil ediblər.

Layihənin tərəfdaşları olan BMT-nin Uşaq Fondunun (UNICEF) və BAMF-ın dəstəyi ilə təşkil olunan videomüsahibə zamanı Tərtər, Bərdə və Goranboy rayonlarının icra hakimiyyətlərinin başçıları uşaqlarla səmimi söhbət edib, region, uşaqların inkişafı ilə bağlı onları maraqlandıran sualları cavablandırıblar.

Noyabrın 19-da layihənin iştirakçıları UNICEF-in Azərbaycandakı nümayəndəliyində qurumun iş prinsipi ilə tanış olublar, həmçinin müsahibələrin təqdimatı keçirilib.

Günün ikinci yarısında isə AYAP-ın üzvləri BAMF-da bu təşkilatın iş prosesini izləyiblər.

Ümumdünya Uşaqlar Günü münasibətilə BAMF-ın “Eurasiya Diary” informasiya portalında xəbər yayılması ənənəvi olaraq uşaqlara həvalə edilib.

AYAP üzvlərinin yerli icra hakimiyyətlərinin rəhbərləri ilə müsahibələri gün ərzində UNİCEF-in və BAMF-ın sosial platformalarında və digər mənbələrdə yayımlanıb.

Layihənin əsas məqsədi yerlərdə gənclərin və yeniyetmələrin inkişafına, həyat şəraitinin yaxşılaşdırılmasına yönələn qərarların qəbul edilməsi proseslərində fəal iştirakçılığına dəstək olmaq və onların sosial fəallığını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.