İQTİSADİYYAT


Ötən il dəniz limanlarında 9 milyon tondan çox yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

2018-ci ildə dəniz limanlarında 9 milyon 902,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 9 milyon 343,3 min tonunu və ya 94,4 faizini tranzit yüklər təşkil edib.

Bu il yanvarın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 232,5 min ton olub.

Ötən il dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 2017-ci ilə nisbətən 8,2 faiz azalaraq 15,7 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.