İDMAN


PSJ hər oyunda orta hesabla vurulan qolların sayına görə Avropada liderdir

Bakı, 21 yanvar, İlyas Zeynallı AZƏRTAC

Fransanın PSJ futbol klubu cari mövsümdə hər oyunda orta hesabla ən çox qol vurmaqla Avropada liderdir.

AZƏRTAC xəbər verir ki, PSJ klubu hər oyuna orta hesabla 3,26 qol vurur. İspaniyanın “Barselona” komandası 2,8 qolla ikinci yerdədir. İlk üçlüyü Almaniyanın “Borussiya Dortmund” klubu 2,5 qolla tamamlayır. Dördüncü və beşinci yerlərdə isə İngiltərənin “Liverpul” (2,34) və İtaliyanın “Yuventus” (2,0) klubları qərarlaşıblar.

Qeyd edək ki, PSJ 53 xalla Liqa 1-də, “Barselona” 46 xalla La Liqada , “Borussiya Dortmund” 45 xalla Bundesliqada, “Liverpul” 60 xalla Premyer Liqada və “Yuventus” isə 53 xalla Seria A-da birinci pillədə yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.