Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Masallı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır. Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahə elan olunub və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Masallı Sənaye Məhəlləsində görülən işlər, həmçinin ölkədə yaradılan və yaradılmaqda olan sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycanda ilk sənaye məhəlləsi dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işlərinə 200 nəfər cəlb olunub. Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu. Məlumat verildi ki, Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı Sənaye Məhəlləsində fəaliyyət göstərən “Perla” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ilə tanış oldu. Bu istehsalat sahəsinin yaradılmasında müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 1,2 milyon manatdır. “Perla” brendi ilə satışa çıxarılacaq müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. İstehsal sahəsində 30 daimi iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.

Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən istehsal sahəsi yaradılıb. Burada “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.

“Birlik-3A” MMC isə Sənaye Məhəlləsində taxta evlər istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya məbləği 500 min manat olan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək.

“Kainat-2016” MMC-nin taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə əlavə dövlət dəstəyi göstərilərək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır.

Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır.

Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır.

Sonra Prezident İlham Əliyev Sənaye Məhəlləsində “Azərxalça” ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Bildirilib ki, Mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb.

Sənaye Məhəlləsində mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan şəraitlə də tanış oldu. Burada toplantı və təlimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, “Start-up”lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan digər sahələr var. İnzibati binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq “Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.

Sonra Prezident İlham Əliyev Məhəlləyə investisiya yatıran yerli sahibkarlarla görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Bu gün Masallı rayonunun həyatında əlamətdar bir gündür. Biz Masallı Sənaye Məhəlləsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Burada çalışan insanlara, sahibkarlara, fəhlələrə uğurlar arzulamaq istəyirəm. Çox gözəl hadisədir. Bu təşəbbüs Masallı rayonunun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək. Burada hazırda 200 iş yeri var, bundan sonra isə daha çox iş yeri yaradılacaq. 

Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq.

Ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir.

Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.

Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.

Ona görə bu gün Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir.

Masallı rayonuna həmişə böyük diqqət göstərilmişdir. Bu, mənim Prezident kimi Masallı rayonuna 10-cu səfərimdir. Bütün səfərlər zamanı biz çox önəmli obyektlərin, layihələrin açılışını qeyd etmişik, o cümlədən bu gün. Masallıda infrastruktur layihələrinin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır və əminəm ki, gələn il bütün yaşayış məntəqələri və bütün sakinlər qazla tam təmin olunacaqlar. Bu, tarixi nailiyyət olacaq. Çünki Masallıda əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi. Heç şəhərin böyük hissəsi qazla təmin edilmirdi, o ki qaldı, kəndlərə, ümumiyyətlə, qaz yox idi. İndi biz 100 faizə yaxınlaşırıq. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır, yeni yarımstansiyalar tikilir ki, Masallı sakinləri dayanıqlı enerji ilə təmin edilsinlər. Mən 2016-cı ildə burada olarkən biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Hesab edirəm ki, bu da tarixi hadisədir. Masallı şəhəri tam, ən yüksək standartlara cavab verən içməli su ilə təmin edilib. İndi kəndlərin su problemləri öz həllini tapır.

Digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir. Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı.

Bu, infrastruktur layihələri ilə bağlı olan işlərdir. Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının əsaslı təmirdən sonra açılışı, göz xəstəxanasının, olimpiya kompleksinin, gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları - bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər.

Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük. Əlbəttə, görüləsi işlər hələ çoxdur. Baxmayaraq ki, 40-dan çox məktəb tikilib və əsaslı təmir edilib, hələ də təmirə ehtiyacı olan məktəblər kifayət qədər çoxdur, onları da biz həll edəcəyik. Əsas odur ki, bütün məsələlər həll olunur, yerlərdən gələn təkliflərə müsbət baxılır. Biz gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramını qəbul edəcəyik və yerlərdən gələn təkliflər əlbəttə ki, proqramın tərtibatında mühüm rol oynayacaq. Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bu günə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın.

Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Masallı rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən sahibkar Süleyman QURBANOV dedi:

- Möhtərəm, cənab Prezident, Sizi Masallı Sənaye Məhəlləsində salamlayırıq. Masallıya xoş gəlmisiniz.

Tapşırığınıza uyğun olaraq inşa edilən Masallı Sənaye Məhəlləsi bu gün nəinki bizim rayonun, hətta ətraf rayonların da inkişafına öz töhfəsini verəcəkdir. Masallı Sənaye Məhəlləsi sənayenin inkişafı ilə yanaşı, həmçinin çoxsaylı iş yerlərinin açılması deməkdir. Bir sözlə, bizə burada çox gözəl şərait yaradılmışdır, Sənaye Məhəlləmizdə bank, poçt, tibb məntəqəsi, hüquq məsləhətxanası fəaliyyət göstərəcəkdir. Sənaye məhəlləsində yaradılmış yeni mexanizm - “Kiçik və Orta Biznesin Dostu” Mərkəzi çoxsaylı xidmətlərlə həmişə biz sahibkarların yanında olacaq. Sözün qısası, burada hər cür şərait yaradılıb. Cənab Prezident, bu da dövlətimizin güclü olması, Sizin biz sahibkarlara göstərdiyiniz yüksək diqqət və qayğı deməkdir.

Mən əvvəllər Rusiyada fəaliyyət göstərirdim. Özəl bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana qayıtmağa, öz Vətənimdə fəaliyyət göstərməyə sövq etdi. İndi mən Masallı Sənaye Məhəlləsinə investisiya yatırmışam, öz mebel istehsalı sahəmi açmışam.

Cənab Prezident, rayonumuzun inkişafına göstərdiyiniz yüksək diqqət və qayğınıza görə bütün masallılılar və masallılı sahibkarlar adından Sizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Azərbaycanın cüdo millisi dünya çempionatını 2 medalla başa vurub

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazanıblar

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 37 faizi ötüb YENİLƏNİB

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Tramp: Kanada ABŞ ştatı olmadan digər ştatlar kimi üstünlüklərdən faydalanmaq istəyir

Azərbaycan–Özbəkistan müttəfiqliyi Avrasiyada yeni əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilməkdədir - ŞƏRH

Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Kamçatkada Tolbaçik vulkanı yaxınlığında qalan turistlərin təxliyəsinə başlanılıb

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb-YENİLƏNİB

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

Sankt-Peterburqda anbarda baş verən yanğın 60 min kvadratmetr sahəni əhatə edib

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

Florida ştatında çimərlik yaxınlığında təyyarə suya düşüb

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb

Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB

Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb

Bu saata olan əsas xəbərlər

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur