Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO

Özbəkistanla Azərbaycan arasında bir sıra sənədlər imzalanıb

Pekində İkinci Dünya Robot Yarışması başlayıb

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir