İDMAN
“Qalatasaray” səfərdə “Ankaragücü”nə məğlub olub
Bakı, 4 mart, AZƏRTAC
Martın 3-də futbol üzrə Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib. "Ankaragücü"nün qollarını İbrahim Akdağ və Saba Lobzanidze vurub. İstanbul təmsilçisinin heyətində isə Kərəm Aktürkoğlu fərqlənib.
Günün digər matçında "Kayserispor" öz meydanında "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" - "Fatih Karagümrük" (2:2), "Başakşəhər" - "Konyaspor" (1:1) və "Sivasspor" - "Hatayspor" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.
Turun digər oyunları martın 4-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 54 xal toplayan "Fənərbağça" qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]