İDMAN


“Qarabağ”ın futbolçusu Mahir Mədətovdan ilk dubl və iki yubiley

Bakı, 21 avqust, AZƏRTAC

Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün ilk dublu gerçəkləşib. “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, ilk turda dubl qeydə alınmadığından M.Mədətov mövsümün ilkinin müəllifi olub. Onun ikinci topu iki yubileylə də əlamətdar olub. Futbolçu “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub.

Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir matçın sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb.

İyirmi bir yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qolunu vurmasına sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu digər beş qoldan dördünü ölkə kuboku, birini avrokuboklarda rəqib qapısından keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.