İDMAN


“Rusiya 2018”: Dörddəbir finala sonuncu vəsiqə uğrunda İngiltərə və Kolumbiya milliləri qarşılaşırlar

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşdə İngiltərə yığmasının heyətində meydana Cordan Pikford, Kayl Uolker, Con Stouns, Harri Maquir, Eşli Yanq, Cess Linqard, Cordan Henderson, Dele Alli, Kieran Tripper, Rahim Sterlinq və Harri Keyn çıxıblar.

Kolumbiya yığmasının ilk onbirliyində isə David Ospina, Santiaqo Arias, Yeri Mina, Davinson Sançez, Xohan Moxika, Vilmar Barrios, Karlos Sançez, Cefferson Lerma, Xuan Kuadrado, Xuan Kuintero və Radamel Falkao yer alıblar.

ABŞ-dan olan referi Mark Qeyqerin idarə etdiyi oyunun qalibi dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, bu oyuna qədər komandalar dördü yoldaşlıq görüşü olmaqla beş dəfə üz-üzə gəliblər. Bu görüşlərin üçündə ingilislər qalib gəliblər, iki oyun isə heç-heçə başa çatıb. Yeganə rəsmi qarşılaşma 1998-ci ildəki dünya çempionatında oynanılıb. Qrup mərhələsinə təsadüf edən oyunda İngiltərə yığması 2:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.