İQTİSADİYYAT


SOCAR jurnalistlər üçün seminar keçirəcək

Bakı, 7 mart, AZƏRTAC

“SOCAR Media” Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Seminar martın 11-də “SOCAR Tower”də keçiriləcək. Seminarda SOCAR-ın rəhbərliyi, eləcə də tanınmış beynəlxalq jurnalistlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər. Seminarda ayrı-ayrı sessiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı məlumatlar; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə necə effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Seminar martın 11-də saat 9:30-da başlayacaq. İştirak etmək istəyənlər martın 7-si 16:00-dək 050-344-77-92 nömrəli telefonla, Vüsal Əhmədovla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.