İDMAN


Şahmatçılarımız maksimum xalla liderlər qrupunda mübarizə aparırlar

Bakı, 20 oktyabr, AZƏRTAC

Banqladeşin paytaxtı Dəkkədə xatirə turnirində Azərbaycan şahmatçıları çıxışlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, iki turun nəticəsinə görə, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Vüqar Rəsulov maksimum xalla (2 xal) liderlər qrupunda mübarizə aparırlar. Ülvi Sadıqov və Azər Mirzəyevin aktivində 1 xal var.

Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrosmeysterdir.

Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.