CƏMİYYƏT
Səbail rayonunda əvvəllər məhkum olunmuş şəxsdə və onun avtomobilində narkotik vasitələr aşkarlanıb
Bakı, 29 noyabr, AZƏRTAC
Səbail rayonunda əvvəllər məhkum olunmuş şəxsdə və idarə etdiyi avtomobildə narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 60 qram heroin, idarə etdiyi “Hyundai” markalı avtomobildən 6 kiloqram 470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri, onunla birgə olan paytaxt sakini S.Təhməzovdan isə 30 qram heroin aşkarlanaraq götürülüb.