“Səbail” səfərdə “Qarabağ”a böyük hesabla məğlub olub
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Ağdamın “Qarabağ” futbol klubu Premyer Liqada yaranan fasilə zamanı ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, lider Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”i qəbul edib. Oyuna sürətli başlayan qonaqlar matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu qoldan sonra oyunda nəzarəti ələ alan komanda matçın 23-cü dəqiqəsində hesabı bərabərləşdirib. Qara Qarayevin zərbəsini qapıçı dəf etsə də, Mahir Emreli topu qapıdan keçirib. Matçın 42-ci dəqiqəsində isə Ovusu Kvabena cərimə zərbəsindən möhtəşəm qol vuraraq hesabı 2:1 edib. Matçın 86-cı dəqiqəsində isə Qara Qarayev baxımlı zərbə ilə hesabı 3:1 edib.
Əvvəlcədən planlaşdırıldığı kimi, qarşılaşma 3 hissədən ibarət olub. 90 dəqiqə yekunlaşdıqdan sonra əlavə 30 dəqiqə oynanılıb. Üçüncü hissənin sonlarına doğru ağdamlılar rəqib qapısından dördüncü topu keçirib. Ozobiç özü qurduğu hücumu dəqiq tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:35]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]