REGİONLAR


Şəhid Asif Abışovun doğum günü qeyd edilib

Bərdə, 16 may, AZƏRTAC

Bərdə rayon Lək kəndindən olan Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun doğum günü qeyd edilib. Yaşasaydı, bu gün Asifin 28 yaşı olacaqdı...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhid Asif Abışovun ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.

Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Cavanşir Əhmədovun keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Asif Abışov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin atası Əlövsət Abışov, anası İsbət Hətəmova oğullarının hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.