ELM VƏ TƏHSİL


Tarix Muzeyinin Vətən müharibəsi fondunda qorunan materiallardan ibarət nəşrlər hazırlanacaq

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunan materiallardan ibarət nəşrlər hazırlanacaq.

Bu barədə AZƏRTAC-a muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov məlumat verib. F.Cabbarov qeyd edib ki, fond bu ilin yanvar ayında yaradılıb. Əsas məqsəd şəhidlərə məxsus əşyalar, sənədlər, fotolar və digər materiallar əsasında sərgilərin təşkili, həmin materialların qorunması, onların elmi-tədqiqat proseslərinə cəlb edilməsidir. Bu günədək 250-dən çox şəhidə məxsus materiallar fonda daxil edilib. Bu istiqamətdə işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.