REGİONLAR


Tarixi şəhərlər olan Şuşa və Veliko Tırnovo arasında əlaqələr genişlənir

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları Şuşa ilə qardaşlaşmış Bolqarıstanın Veliko Tırnovo şəhərində rəsmi səfərdədirlər. Səfərin əsas məqsədi tarixi paytaxt Veliko Tırnovo ilə Şuşa şəhərləri arasında mədəniyyət əlaqələrini genişləndirmək və bu məqsədlə qarşılıqlı səfərləri təşkil etməkdir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində xüsusi nümayəndə Aydın Kərimov Veliko Tırnovo şəhərinin meri Daniyel Panov və vilayətin qubernatoru Georgi Guguçkov ilə görüşlər keçirib, hər iki tarixi şəhərin daha da sıx əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparıb.

Səfəri zamanı Aydın Kərimov Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə bərpa edilmiş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da olub. Qonaqlara “Səs və işıq” adlı audio-vizual proqram təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.