Türkiyənin Bingöl vilayətində baş verən zəlzələ dağıntı və tələfat törətməyib
Ankara, 26 iyun, AZƏRTAC
İyunun 25-də Türkiyə vaxtı ilə saat 21.28-də (Bakı vaxtı ilə saat 22:28) Bingöl vilayətinin Kiğı rayonunda baş verən zəlzələ dağıntı və fəlakət yaratmayıb.
AZƏRTAC xəbər verir ki, hələlik sözügedən yeraltı təkanın təsiri belə qiymətləndirilir. Buna baxmayaraq, əhali zəlzələni böyük həyəcanla qarşılayıb. Mütəxəssislər hesab edirlər ki, mərkəz Anadolu faylı sayılan bu xətdə daha güclü yeraltı təkan gözlənilmir.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, 5,2 bal gücündə qiymətləndirilən yeraltı təkan ətraf vilayətlərdə də hiss olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]