Türkiyənin Kastamonu vilayətində yenidən daşqınlar yaranıb
Ankara, 24 oktyabr, AZƏRTAC
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda güclü leysan yağışlarının yaratdığı daşqınlar ağır fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzinin Sınarcık, Yılmaz və Cümhuriyyət məhəllələri su altında qalıb. Ezine çayının məcradan çıxması ciddi fəsadlar törədib.
Bildirilir ki, şəhər təsərrüfatının normal idarə olunması üçün əlavə tədbirlərə başlanılıb.
Qeyd edək ki, Türkiyənin qərbi Qara dəniz ərazisi sel və daşqınlara ən həssas bölgədir. Cari ilin avqustunda Kastamonu, Sinop və Bartın vilayətlərində baş verən daşqınlar 82 nəfərin həyatına son qoyub, 228 nəfər xəsarət alıb, 16 şəxs itkin düşüb. Ona görə də yerli əhali sel və daşqın mövsümünü xüsusi narahatlıqla qarşılayır. Yerli hakimiyyət orqanları əhaliyə xəbərdarlıq edir ki, əlverişsiz hava şəraitində diqqətli olsunlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]