SİYASƏT


Ukraynalı jurnalist Azərbaycanın uğurları barədə reportajlar hazırlamaq istəyir

Kiyev, 21 mart, AZƏRTAC

Yaxın dostlarımın Bakı haqqında söylədikləri məndə xoş təəssürat yaradıb və Azərbaycanın uğurları ilə bağlı xüsusi reportajların hazırlanması maraqlı olardı.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın tanınmış jurnalisti, teleaparıcısı, “Bulvar Qordon” jurnalı və QORDON portalının rəhbəri Dmitri Qordon söyləyib.

Dmitri Qordon Azərbaycanı sevdiyini, ölkəmizə səfər etmək istədiyini bildirib. O, Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumatlı olduğunu deyib, Müslüm Maqomayev haqqında xatirələrini bölüşüb.

Səfir A.Xudiyev öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar barədə geniş məlumat verib. Qeyd edib ki, uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyada böyük nüfuz qazanıb. Səfir, həmçinin Azərbaycanla Ukrayna arasında əməkdaşlığın inkişaf etdiyini, birgə iqtisadi layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.