Vladimir Putinin istifadə etdiyi zirehli “Aurus”dan hər kəs sifariş verə bilər
Moskva, 10 mart, AZƏRTAC
Rusiya “Aurus” avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazir deyib ki, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribüterlərin müəyyən edilməsi üçün iş gedir.
Onun sözlərinə görə, “Aurus” avtomobillərinin “SUV” yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq. Ümumilikdə, “Aurus” brendi altında dörd model - sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək.
D.Manturov “Aurus” limuzinlərinin yalnız eksklüziv istehsal olunacağını da vurğulayıb.
“Bu avtomobillərin sadə versiyası olmayacaq. Onların yalnız zirehli variantı istehsal ediləcək”,- deyə nazir bildirib və əlavə edib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin zirehli “Aurus” limuzinindən istifadə edir. Onun sözlərinə görə, belə zirehli avtomobili hər kəs sifariş verə bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]