Xarici ölkələrdən Estoniyaya qayıdanlar özünütəcrid rejimində qalmamaq üçün test verəcəklər
Tallinn, 21 avqust, AZƏRTAC
Sentyabrdan etibarən ölkə xaricindən qayıdanlar 14 günlük özünütəcrid rejimi əvəzinə koronavirus üzrə test verəcəklər. Testlərinin nəticələri neqativ çıxan şəxslər işə gedə biləcəklər. Bununla yanaşı, onlar insanların toplaşdıqları məkanlardan uzaq durmalı, bir həftə sonra isə təkrar test analizi verməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu sosial media hesabında məlumat verib.
Nazir bildirib ki, bu üsul səyahət etməyə imkan verən, lakin əhalinin sağlamlığını qoruyan etibarlı alternativdir.
“Səfərdən qayıtdıqdan sonra məcburi karantin rejiminə riayət etmədən işə getmək yalnız koronavirus üzrə test analizinin nəticəsi neqativ çıxacağı halda mümkün olacaq. Test analizinin cavabı müəyyənləşənə kimi özünütəcrid rejiminə riayət edərək və digər insanlarla ünsiyyəti məhdudlaşdıraraq evdə qalmaq lazımdır”, - Urmas Reynsalu əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [19:36]
BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb
- 09.05.2026 [18:00]
Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu
- 09.05.2026 [15:28]
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
- 09.05.2026 [14:52]
Macarıstanda yeni parlamentin açılış iclası keçirilib
- 09.05.2026 [14:11]
Praqa hava limanında dron insidenti uçuşları pozub
- 09.05.2026 [12:30]
Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub
- 09.05.2026 [08:38]
CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]