CƏMİYYƏT


Xətai rayon sakini tapança və patronları könüllü olaraq polisə təhvil verib

Bakı, 23 noyabr, AZƏRTAC

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini A.Əliyev “Makarov” markalı tapançanı və 31 patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş İ.Ağasıyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.