Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeqoyanın dik başı aşağı “pərvaz etməsi” və ya İrəvan zaldan kömək istəyir

Yeqoyanın dik başı aşağı “pərvaz etməsi” və ya İrəvan zaldan kömək istəyir

Bakı, 21 iyun, AZƏRTAC

Göydələnin damından başı aşağı uçan pessimistin optimistdən nə ilə fərqləndiyini bilirsinizmi? Pessimist üçün bu, “eniş!”, optimist üçün isə “pərvaz etmək”dir.

Ermənistan Milli Məclisinin Avropaya İnteqrasiya Komitəsinin sədri, Avropa Parlamentinin bu ölkəni sözün bütün mənalarında biabır edən sonuncu qətnaməsini (bax: https://armenpress.am/rus/news/1019143.html) Avropa İttifaqının “pozitiv (???) dəyişikliklərə məruz qalmış” rəsmi mövqeyi kimi səciyyələndirmiş Arman Yeqoyanı məhz uçurum üzərində “qürurla süzən” optimist adlandırmaq olar.

Bu halda həmin deputat özünün alçalan xətt üzrə uçurum üzərində “optimistcəsinə qürurla pərvaz etməsi”nə daha artıq təmtəraq vermək üçün qəbul edilmiş qətnaməni Avropa Parlamentinin 3 deputatının - Marina Kalyurandın, Jelena Zavkonun və Trayan Beseskunun məlum bəyanatı ilə müqayisə edib. Yəni, bu üçlüyün elə-belə bəyanatı deyil, Avropa İttifaqının rəsmi mövqeyidir! Di gəl ki, biz tam əmin deyilik: Yeqoyan başa düşürmü ki, qəbul edilmiş qətnamədəki ifadələr onun ölkəsi üçün həmin üçlüyün məşhur bəyanatından daha pisdir. Hərçənd, o yəqin ki, bunu başa düşür, amma nahaq yerə aldığı məvacibə görə hansı formadasa hesabat verməlidir.

Bu yerdə məşhur vəkil, heç bir məşhur işi udmadığına görə istehza ilə “madam luzer” adlandırılan Amal Kluninin Avropa İnsan Haqları Məhkəməsində “Doqu Perinçek İsveçrəyə qarşı” iddiası üzrə prosesdə uduzandan dərhal sonra verdiyi müsahibə yada düşür. Vəkil məhkəmənin çıxardığı verdikti sevinə-sevinə, təbəssümlə “çox yaxşı” kimi qiymətləndirmişdi. Beləsinə nə deyəsən! Ay qız, sən məhkəmə prosesini uduzmusan! Bu proses Ermənistan üçün necə “çox yaxşı” ola bilər? Lakin uduzulmuş işə görə qonorara haqq qazandırmaq baxımından müştərini niyə də aldatmayasan?!

İndi Yeqoyan da belə edir. O, çox da xoşagələn olmayan məhsulu ermənilərə xas olan adi üsulla parlaq konfet kağızına bükməyə çalışır. Görünür, erməni cəmiyyətini azdırmaq və öz uğursuzluğunu gizlətmək üçün deyir ki, “sənədin ilkin versiyası təqribən üç ay bundan əvvəl təqdim edilib, Avropa Parlamentinin Xarici İşlər Komitəsində bir neçə mərhələdə müzakirə olunub, sənədin mətninə onlarca dəyişikliklər edilib və ya mətndən müəyyən hissələr çıxarılıb”.

Düzdür, bu belədir, lakin Yeqoyan burada bir məsələni demir ki, qəbul edilmiş düzəlişlərin heç biri Ermənistan-Azərbaycan münaqişəsinə AİD DEYİLDİ! Ermənilərin lobbiçiləri rolunda çıxış edən kiprli və bəzi marginal deputatlar qətnamənin mətninə məlum üç prinsipin hamısını, o cümlədən, “təyini-müqəddərat hüququ” prinsipini “dürtmək” üçün dəridən-qabıqdan çıxırdılar. Lakin, Yeqoyan abırsızcasına gizlədir ki, bu cəhd baş tutmadı - düzəliş qəbul edilmədi! Yeqoyan onu da demir ki, elə həmin lobbiçilərin qətnamənin mətninə heç olmasa həmin üç prinsipin adıçəkilən 2017-ci il qətnaməsinə sadə bir istinad olunan düzəliş daxil etmək üçün növbəti cəhdləri də fiasko ilə başa çatdı. Yeqoyan bu faktları öz cəmiyyətindən gizlətməyə çalışır, əvəzində isə sevinclə bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinə əsla aidiyyəti olmayan düzəlişlər qəbul edilib.

Bir məsələni əsla anlamaq olmur, özü-özünü biabır etmiş erməni deputat Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasına yönəlmiş səylərini və 2009-cu ildə qəbul edilmiş əsas prinsipləri dəstəklədiyini deyəndə hansı “ali məqsədləri” güdür, axı Minsk qrupunun həmin səyləri və 2009-cu il Akvil prinsipləri BMT-nin Nizamnaməsinə və 1975-ci il Helsinki Yekun Aktına əsaslanır (Yeqoyan bunu qeyd etməyə utanmır), bu sənədlərdə təyini-müqəddərat hüququnun reallaşdırılması dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi ilə məhdudlaşır! Yaxşı, burada sevinməli nə var?

Yeqoyan bir məqamı da ayrıca qeyd etməyi utanmır ki, “bu üç prinsip BMT-nin nizamnaməsinə və Helsinki Yekun Aktına istinad edilməklə ATƏT tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində nəzərə alınır”. Görəsən, bu üç prinsipi sadalayan erməni deputatı Helsinki sənədində təyini-müqəddərat barədə məhz nə deyildiyini bilirmi? Bəlkə o güman edir ki, Helsinki aktında təyini-müqəddəratın hansı formasının nəzərdə tutulduğunu adamlara izah etmədən, sadəcə bu prinsipləri sadalamaqla, belə məsələlərdən xəbəri olmayan erməni cəmiyyətini aldatmaq olacaq? Bizə belə gəlir ki, o, məhz buna ümid edib!

Nəhayət, Yeqoyan optimistcəsinə uçuruma yuvarlanmaqdan bir saniyə əvvəl öz şahin qanadlarını tam açmaq üçün təntənəli şəkildə bəyan edir: “Arsax problemi barədə Avropa Parlamentinin rəsmi mövqeyi nəinki bizdən ötrü neqativ mənada dəyişməyib, hətta müsbət dəyişikliklərə məruz qalıb, bu dəyişiklikləri yalnız peşəkarlar (!) görə bilər, aydın səbəblərə görə onların açıqlanmasını müstəqil ekspertlərə saxlayırıq”.

İşə baxın ha! Avropa Parlamentinin qətnaməsində erməni diplomatiyası üçün biabırçı elementləri nəinki peşəkarların, hətta çəpgözlərin də nəzərindən yayına bilməz! Əgər Yeqoyanın son sözlərini yozmaq üçün onun kazimirovlara ünvanlanmış yalvarışı kimi qəbul etmək lazım gəlsə, onda həmin “müstəqil ekspertlər”in öz sözlərini nə vaxt deyəcəklərini həqiqətən çox gözləməli olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirilib

G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər

ABŞ-də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

İsrail Qəzzadan fələstinlilərin əksəriyyətinin köçürülməsinə hazır olduğunu açıqlayıb

Baş nazir: Macarıstan Ukraynanın Aİ-yə tələsik qəbulunu dəstəkləməyəcək

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ olub

Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

ABŞ Prezidenti: Hörmüz boğazı yaxınlığında İranın yeni silahları məhv edilib

“Chevron”, ENI və GE Venesuela ilə milyardlarla dollarlıq sazişlər imzalayıb

“Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə və İstanbul yaxınlığında dronların zərərsizləşdirildiyini açıqlayıb

ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib

Tramp: ABŞ uyğun vaxtda İrana yenidən zərbə endirməyə hazırdır

Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

BMT-nin Baş katibinin sentyabrın sonunda ABŞ Prezidenti ilə görüşü gözlənilir

Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək

Təmir işləri ilə əlaqədar Moskva prospektinin bir hissəsi bağlanacaq

Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib

İmişlidə avtomobil yanıb

Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş “Ölümcül Miras” sənədli filminin təqdimatı olub

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ Dövlət katibi: Ukraynaya “Patriot”un lisenziyalarının verilməsi dərhal həll yolu deyil

Rubio: İran nüvə silahı ambisiyalarından əl çəkənə qədər ABŞ ona təzyiq göstərməyə davam edəcək

Elvin Cəfərquliyev əməliyyat olunub

Altı yüzdən yüksək bal toplayaraq ADPU-nu seçən 2 bacı

Bu saata olan əsas xəbərlər

Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin dayanıqlılığına mühüm sərmayədir

Tibb işçilərinə dövlət qayğısı gücləndirilir - yeni mexanizm nəyi dəyişir?

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələrlə davam edib – YENİLƏNİB 3 VİDEO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələrlə davam edib – YENİLƏNİB 3 VİDEO

Ekspert: ŞƏT+ formatında Orta Dəhlizin dayanıqlılığını təmin etmək üçün siyasi dəstək formalaşdırmaq mümkündür RƏY

Niderland Mərkəzi Bankı qızıl ehtiyatlarını ABŞ və Kanadadan İngiltərəyə köçürüb

Deputat: Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində islahatların yeni mərhələsidir VİDEO

Deputat: Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində islahatların yeni mərhələsidir VİDEO

Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə - Panel sessiya

“Uber” 3300 nəfəri işdən çıxaracaq

Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub

Ekspert: Atılan addımlar səhiyyənin inkişafına mühüm töhfə verəcək VİDEO

Ekspert: Atılan addımlar səhiyyənin inkişafına mühüm töhfə verəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir VİDEO

Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir VİDEO

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Regionlardakı gənclərin potensiallarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması mühüm şərtdir – MÜSAHİBƏ

Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

İspaniyanın “Santander” bankının nümayəndələri ilə müzakirələr aparılıb

Goranboy RİH: Təxliyə olunan sakinlərin yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək

Rəhman Hacıyev: Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gətirilən film beynəlxalq mina probleminə həsr olunub

® “Expressbank”da 2 yeni təyinat olub

Milli Paralimpiya Komitəsi paraatletika üzrə “Açıq qapı” günü keçirəcək

“Chevron” Venesuelaya 7 milyard dollar investisiya yatıracaq

Kuklaçı rəssam Vəfa Aşumova: “Natəvan, Şuşa üzərində şəfəq” kuklasını 4 mindən çox tamaşaçı görüb

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb

Komitə sədri: Tibb işçilərinin maddi rifahının artırılması tibbi xidmətin keyfiyyətini yüksəldəcək

Azərbaycan futzal millisinin kapitanı: Yığmamızda yerli mütəxəssisin çalışması daha yaxşı olar

İsrailin süni intellekt üzrə mütəxəssisləri UNEC-də müəllimlər üçün peşəkar inkişaf proqramına başlayıblar

Sabah Abdulla Rəhimov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Faiq Ələkbərli: “Qızıl alma” ideyası türk düşüncəsində ədalət və sülh anlayışı ilə bağlıdır

® ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!

® PAŞA Holding “Holberton School Azerbaijan” məktəbinə dəstəyini davam etdirir

Nazir müavini: İslahatlar sosial müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib

Qızılın qiyməti üç həftənin minimumuna enib

Münəvvər Hüseyn: Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına uğurla sədrlik edəcək

Azər Məmmədov: Ərzaq təhlükəsizliyi və yerli istehsalın qorunması birbaşa heyvan sağlamlığından asılıdır

Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Rusiya baş konsulluğu Türkiyə aviaşirkətlərinin reyslərinin ləğvi ilə bağlı vəziyyəti nəzarətdə saxlayır

® Məktəb öncəsi göz müayinəsi niyə vacibdir? - Mərkəzi Gömrük Hospitalının oftalmoloqundan 7 tövsiyə

Mir Azər Abdullayev: Beynəlxalq sənət platformaları yeni yaradıcılıq axtarışları üçün mühüm imkanlar yaradır

Fon der Lyayen: Ukrayna “Patriot” sistemlərini almaq üçün Aİ-dən maliyyə dəstəyi istəyib

Kimya İnstitutu Çin–ŞƏT Elm, Texnologiya və İnnovasiya Əməkdaşlığı Mərkəzinin təcrübəsindən yararlanacaq

Bakıda “SportAccord” sammitinin hazırlığı müzakirə olunub

“Neftçi” Kenan Piriç ilə yollarını ayırıb

Engin Özer: Azərbaycan Avrasiyanın yeni geosiyasi düzənində oyunqurucu ölkəyə çevrilir

Hərracda 28 avtomobil satılıb

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacaq ərazisi uzadılıb

Təhsilin rəqəmsallaşdırılması fonunda şagirdləri hansı yeniliklər gözləyir?

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 360-dək benefisiar bacarıqlarını inkişaf etdirir

AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir – RƏY

Uelsin göz bəbəyi Tenbidə bir neçə gün – REPORTAJ

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Paytaxtda 5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir

Azərbaycanda mina təhlükəsi ilə mübarizədə birgə səylərin əhəmiyyəti vurğulanıb - Panel sessiya

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Sevgi və taleyin sınaqları: Xavər Vəkilova Səməd Vurğunla ailə həyatı haqqında

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yeni inkişaf mərhələsinə yüksəlir - ŞƏRH

Türk ekspert: Şuşanın yenidən dirçəlişi əsrlik həsrətin vüsal tapmasıdır

Nazir müavini: Humanitar minatəmizləməyə dəstək xeyriyyəçilik kimi görünməməlidir

“Toğanalı” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün infosessiyalara başlayıb VİDEO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün infosessiyalara başlayıb VİDEO

“Azərkosmos”un qlobal kosmik ekosistemdə rolu Rumıniyada beynəlxalq simpoziumda təqdim olunub

Almaniyada elektrik infrastrukturuna qarşı törədilən təxribatlarla əlaqədar araşdırmalar aparılır

Bakıda 71 məzun qızıl və gümüş nişana layiq görülüb

Metroda sərnişin sayı 27 faiz civarında azalıb, hazırda 20 stansiyada könüllülər fəaliyyət göstərir -  REPORTAJ  VİDEO

Metroda sərnişin sayı 27 faiz civarında azalıb, hazırda 20 stansiyada könüllülər fəaliyyət göstərir - REPORTAJ VİDEO

UNEC ilə Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir

Azərbaycanda duru bitki yağları istehsalı 35 faizdən çox artıb

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa edildi

Hasan Oktay: Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər

İsmayıl Əliyev: Kibertəhlükəsizlik üzrə qlobal təcrübəni Azərbaycanda tətbiq etmək istəyirəm

Tim Lardner: Minatəmizləmə daha geniş bərpa və inkişaf prioritetləri ilə əlaqələndirilməlidir