CƏMİYYƏT


Zaqatalada dağlıq ərazidə itkin düşmüş şəxsin axtarışları davam etdirilir

Bakı, 25 iyul, AZƏRTAC

Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunublar.

Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.