Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeytunun faydası

Zeytunun faydası

Bakı, 26 noyabr, AZƏRTAC

Zeytun bitkisi zeytunkimilər fəsiləsinin zeytun cinsinə, Avropa növünə aiddir. Bitkinin 80-dən çox növü məlumdur. Zeytun dünyanın tropik və subtropik ölkələrində geniş yayılıb, vətəni Aralıq dənizi ölkələri hesab edilir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Qeyd edək ki, ölkəmizdə zeytun istehsalının 65 faizi məhz Abşeronun payına düşür. Azərbaycanda daha geniş yayılan zeytun sortlarına Azərbaycan zeytunu, şirin zeytun, qara zeytun, armudu zeytun, Buzovna zeytunu, Bakı zeytunu, Nikita-1, Nikita-2 və Krım daxildir.

Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarının AZƏRTAC-a ünvanlandığı elmi məqalədə subtropik iqlim bitkisi olan zeytun haqqında bəhs olunur.

Bitkinin inkişafı və məhsuldarlığı üçün əsas ekoloji şərait istilik və işıqdır. Quraqlığa davamlılığı ilə fərqlənir. Şaxtaya isə nisbətən az davamlıdır. Yaxşı su və hava keçirmə qabiliyyətinə malik olan torpaqlarda zeytun bitkisi normal böyüyür. Zeytun bitkisi may-iyun aylarında çiçək açır. Sortundan asılı olaraq zeytunun meyvələri texniki yetişkənlik dövrünə (yaşıl zeytun) oktyabrda, botaniki yetişkənliyə (qara zeytun) isə noyabrda başlayır. Hava şəraitindən asılı olaraq isə meyvələrin yetişməsi yanvarın yarısınadək davam edir.

Zeytunun meyvələri təzə halda çox acı olduğu üçün yeyilmir. Zeytuna acılıq verən isə onun tərkibindəki oleouropeinin olmasından irəli gəlir. Emal olunduqda həmin acılıq itir. Qida məqsədilə bitkinin meyvəsindən həm zeytun yağı alınır, həm də konservləşdirilmiş halda istifadə olunur və həmin məhsullar əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında əhəmiyyətli yer tutur.

Hansı məqsəd üçün istifadə edilməsindən asılı olaraq, zeytunun meyvələri müxtəlif yetişkənlik dövründə yığılır. Konserv hazırlamaq üçün meyvələr yaşıl rəng aldıqda - texniki yetişkənlik mərhələsində yığılır. Yağ almaq üçün isə meyvələr tamamilə yetişdikdən sonra dərilir. Qeyd edək ki, tam yetişmiş meyvələri də duzlamaq mümkündür. Konserv hazırlamaq, duzlamaq məqsədilə yığılan meyvələr ehtiyatla dərilməlidir ki, zədələnməsin və əzilməsin. Zədələnmiş meyvənin saxlanması çətinləşir və asanlıqla xarab olur. Zeytunun meyvəsini təzə halda uzun müddət saxlamaq olmaz. Yığıldığı andan emala verilənə qədər məhsulun saxlanma müddəti var. Yaşıl zeytun 18 saat, konservləşdirilmə üçün dərilmiş qara zeytun 24 saat, yağ istehsalı üçün nəzərdə tutulan qara zeytun 8 sutka saxlanıla bilər. Həmçinin istər yaşıl, istərsə də qara zeytun örtülü və ventilyasiya edilən otaqlarda 20 dərəcə C-dən 150 dərəcə C-dək temperaturda saxlanılmalıdır.

Zeytunun meyvəsinin rəngi bitkinin sortundan deyil, onların yetişmə dərəcəsindən və yığılma texnologiyasından asılıdır. Bitkinin meyvələri yetişməsinin müxtəlif mərhələlərində yığılır. Təbii yetişmiş meyvələr nadir hallarda tamamilə qara olur. Yalnız dəmirin oksidləşməsi ilə rənglənmiş, dəmir qlükonat və ya dəmir laktat şəklində əlavə olunan zeytunlar mürəkkəb kimi qara olur. Təbii zeytunun rəngi çox parlaq olmur. Yalnız Haliliki və Castelvetrano növləri parlaq yaşıldır. Təbiətdə meyvəsi tünd-qəhvəyi rəngli olan zeytunun Tasus növüdür. Qeyd edək ki, bu üç növ çox tez-tez saxtalaşdırılır. Daha doğrusu, keyfiyyətsiz zeytun bir çox kimyəvi əlavələrlə boyanır.

Zeytun bitkisinin meyvələrinin tərkibi 6 faiz zülal, 9 faiz lif, 23 faiz su, 56 faiz yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium və qlükozidlərlə zəngindir. Meyvələrin tərkibində olan C və E vitaminləri antioksidant sayılır. Həmçinin yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər. Tərkibindəki vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, həmçinin gümrahlıq verir. Zeytun istehlakı yaşlı insanların sümük toxumasını möhkəmləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Tərkibindəki doymamış yağ turşuları həzm prosesini ləngidir. Yeməkdən əvvəl zeytun istehlak etməklə iştahanı azaltmaq olar.

Zeytunun meyvələrindən alınan yağın keyfiyyəti və miqdarı bitkinin sortundan, becərilmə şəraitindən, yetişmə dərəcəsindən, eləcə də emal üsulundan asılıdır. Bitkinin meyvəsindən alınan zeytun yağı üç yerə ayrılır: tibbi, yeyinti və texniki zeytun yağı. Tibbi zeytun yağı əsasən trioleindən ibarət rəngsiz və şəffaf yağdır. Zeytun yağının texniki sortu isə sabunbişirmə sənayesində istifadə olunur. Yeyinti zeytun yağı orqanizm üçün çox faydalıdır. Tərkibi olein, linol, palmitin və stearin turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif qoxuya və xoş dada malik yağdır. Zeytun yağının soyuq qəlyanaltılara əlavə olunması sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Zeytun yağının tərkibində olan süzülməmiş yağ turşuları (stearin, olein) qanda xolesterinin miqdarını aşağı endirərək qocalmanın qarşısının alınmasına müsbət təsir göstərir. Zeytun yağının tərkibində olan antioksidantlar isə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytunun da böyük qida əhəmiyyəti var.

Zeytunun meyvələrinin istehlak dəyəri onun iriliyindən, lətli hissəsinin tumuna nisbətindən asılıdır. Meyvə nə qədər lətli olarsa, bir o qədər qiymətlidir. Ona görə də alarkən kiçik çəyirdəkli zeytunlara üstünlük verilməlidir, çünki bu tip məhsullar təbii yetişdirilmiş sayılır. Keyfiyyətli zeytun təravətli və təzə olmalıdır, rəngi solmuş, büzüşmüş məhsulun istehlak yararlılığı aşağıdır.

Zeytun ev şəraitində adətən duzlu suda saxlanılır və bu zaman maye zeytunu tamamilə örtməlidir. Əks halda meyvə tez xarab olur. Lakin duzlu suda uzun müddət qaldıqda zeytun boşalır və ya yumşalır. Duzlu su bitki yağı ilə əvəz edilə bilər (az miqdarda zeytun yağı istifadə etmək daha yaxşıdır). Duza qoyulmuş zeytun bütöv, çəyirdəksiz və ya çəyirdəkli, doğranmış və ya ədviyyatlarla doldurulmuş halda satılır. Çəki ilə alınmış zeytun soyuducuda və mütləq şüşə qablarda saxlanmalıdır. Zeytuna bir neçə dilim limon və ya limon suyu əlavə edilərsə, şirəsini və təravətini daha yaxşı saxlayar. Zeytun nəm barmaqlarla və ya nəm bıçaqla bankadan çıxarılmamalıdır. Bu halda duzlu suya daxil olan su oksidləşmə prosesini sürətləndirir və zeytun tez xarab olur.

İstehlakçılar zeytun konservlərini alarkən xüsusilə diqqətli olmalıdırlar. Məhsulun qablaşdırılmasına baxmaqla da bir sıra nöqsanları - qapağın şişməsi və ya boşalması, hermetikliyin pozulması və s. müəyyənləşdirmək mümkündür. Etiket üzərindəki məlumatlar diqqətlə oxunmalıdır. Məlumatların aydın şəkildə yazılmaması, yararlılıq müddətinin göstərilməməsi həmin məhsulun keyfiyyətinə ciddi şübhələr yaradır. Məhsul yoxlanarkən meyvələrin eyniölçülü, ləkəsiz və zədəsiz olmasına, rənginin isə təbii rənginə yaxınlığına, dad-tamının özünəməxsusluğuna diqqət yetirilməlidir. Həmçinin kiflənmə müşahidə edilməməlidir. Konservləşdirilmiş zeytunun keyfiyyəti, dadı və qoxusu düzgün saxlanılmadıqda dəyişikliyə məruz qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

ABŞ İrana yeni sanksiyalar tətbiq edib

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY

Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək

Bakı–Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər – Təhlil

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir

Azərbaycan-Özbəkistan münasibətlərinin gücü ortaq yaddaş və dəyişməz doğmalıqdır ŞƏRH

İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır