İQTİSADİYYAT
® ABB “Mastercard”la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
ABB uzunmüddətli tərəfdaşı olan “Mastercard” şirkəti ilə birgə “Sustainability Sandbox Hakaton”una start verdiyini elan edib.
Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır. Hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 min dollar məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün “Mastercard”ın “Sandbox” xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün “Mastercard”ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, “Mastercard” onun geniş planda reallaşmasına dəstək verəcək.
İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək.
İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər https://form.mastercard.com/jfe/form/SV_5byNlMS5LvS8Cq2 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün: [email protected]
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.