® Azərbaycan komandası “GLA Baku Summer Cup 2021”in qalibi olub
Bakı, 3 sentyabr, AZƏRTAC
“Gaming League Azerbaijan” və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə valorant oyunu üzrə “GLA Baku Summer Cup 2021” adlı beynəlxalq yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, MDB məkanından ümumilikdə 8 klubun təmsil olunduğu yarışda “GMT eSports” qalib adını qazanıb. Azərbaycan təmsilçisi finalda “Singularity” komandasını 2:0 hesab ilə məğlub edərək 2500 ABŞ dolları məbləğində pul mükafatına sahib olub. Üçüncü yer uğrunda görüşdə “Aim.Attack” eyni hesabla “EZKatka”ya uduzub. Reqlamentə əsasən, “Singularity” və “EZKatka”müvafiq olaraq 1500 və 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüblər.
Xatırladaq ki, “GLA Baku Summer Cup 2021” onlayn turniri “ВоЗ” sistemi ilə baş tutub. Turnirdə “GMT”, “Axsor”, “Aim.Attack”, “Singularity”, “Tyeasy”, “EZKatka”, “Moscow Five Jr” və “Smarics Esports” komandaları mübarizə aparıblar.
Yarışın ümumi mükafat fondu 5000 ABŞ dolları təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]