® “BonAqua” gənclərə dəstəyini davam etdirir
“BonAqua” brendinin tərəfdaşlığı ilə oktyabrın 30-dan noyabrın 3-dək Azərbaycan Könüllülərinin “Zəfər-5 il” adlı könüllülər düşərgəsi keçiriləcək.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Coca-Cola” şirkəti və “Nar” mobil operatorunun tərəfdaşlığı, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək. Düşərgə vətənpərvərlik mövzusuna həsr olunub.
Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq düşərgə ölkənin müxtəlif bölgələrindən seçilmiş gəncləri bir araya gətirəcək. Beş gün davam edəcək proqram çərçivəsində vətənpərvərlik ruhunu gücləndirən fəaliyyətlər, komanda oyunları, seminarlar və motivasiya sessiyaları təşkil olunacaq.
“Coca-Cola” şirkətinin BonAqua brendi layihənin rəsmi tərəfdaşı qismində gənclərin düşərgə müddətində sağlam və aktiv iştirakını təmin etmək məqsədilə onları təmiz və keyfiyyətli içməli su ilə təmin edəcək.
“BonAqua” – “Coca-Cola” şirkətinin portfelinə daxil olan, beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal edilən təbii içməli sudur. Brend illərdir Azərbaycanda həyata keçirdiyi sosial və ekolojiyönümlü layihələrlə gənclərin təşəbbüskarlığını, sağlam həyat tərzini və ekoloji dəyərlərə sadiqliyini təşviq edir.
Xatırladaq ki, “Coca-Cola” şirkəti 2025-ci ildə Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edib. Şirkət ölkəmizdə fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalçısı “Coca-Cola İçecek”in tərkib hissəsi olan “Azerbaijan Coca-Cola Bottlers” müəssisəsinin yaradılması ilə başlayıb. Hazırda şirkət “Coca-Cola”, “Fanta”, “Sprite”, “BonAqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur brendlərin istehsalı və satışı ilə məşğuldur.