® “OBA” "LAY'S AL, HƏDİYYƏ QAZAN!" müsabiqəsinin qaliblərini təltif etdi
Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən yaxın və qonşu marketiniz “OBA” məşhur “Lay's” markası ilə əməkdaşlıq çərçivəsində baş tutan müsabiqəsinin mükafatlandırma mərasimini keçirib.
10-30 aprel tarixlərini əhatə edən "LAY'S AL, HƏDİYYƏ QAZAN!" müsabiqəsi “OBA Market” mobil tətbiqi üzərindən keçirilib.
Müsabiqə şərtinə görə hər həftə ən çox alış-veriş edən 5 nəfər qalib seçilib. Qaliblər hər həftə Samsung 4K UHD 55 Smart TV, Sony PlayStation 5 oyun konsulu, BOSCH CLL2000W26-KIT kondisioner, Kenwood ətçəkən MG360, Braun Blender MQ 3045 Aperitive məhsullarına sahib olublar.
Bundan başqa, aprelin 27-dək ən çox “Lay's” məhsulları alışı edən şanslı müştəri əsas hədiyyə olan Çempionlar Liqası finalına 2 bilet əldə edib.
Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!