® “Rabitəbank” 30 ucqar kənd məktəbində kitabxana qurub
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın yaranmasının 30 illiyi münasibətilə “Rabitəbank” daha bir sosialyönümlü xeyriyyə aksiyası həyata keçirib. Bank, bu dəfə “KitabGəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin ucqar kənd məktəblərini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxana qurub.
Belə ki, bankın rəhbərliyi və əməkdaşları Xaçmaz, Saatlı, Füzuli, Neftçala, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Göygöl, Gədəbəy, Qazax, Ağstafa, Tovuz və Zaqatala rayonlarının 30 kənd məktəbində uşaqlarla görüş keçirərək, onları yeni qurulan kitabxana ilə tanış ediblər.
Görüşdə indiyə kimi ən çox kitab oxumuş məktəblilərə xüsusi hədiyyələr verilib və uşaqlarla maraqlı söhbətlər edilib.
Qeyd edək ki, uşaqların yaş kateqoriyasına uyğun seçilmiş kitablardan ibarət yeni kitabxanaların qurulmasında bankın əsas məqsədlərindən biri uşaqlarda oxumağa qarşı olan sevgi və marağı artırmaq, gələcəkdə böyük nailiyyətlər əldə edilməsinə sövq etməkdir.
Cəmiyyətimizdə təhsilin vacibliyinə önəm verən və hər zaman uşaqların gələcəyini düşünən “Rabitəbank”ın bu cür xeyriyyə məqsədli sosial layihələrə gələcəkdə də dəstək olmağa davam etməyi planlaşdırılır.