® “Rabitəbank”ın reklam layihəsi beynəlxalq festivalda mükafat qazanıb
“Rabitəbank”ın "Ödənişlərinizi nağdsız edin" adlı poster seriyası beynəlxalq müsabiqədə Azərbaycana ilk qızıl mükafatı qazandırıb.
İlin əvvəlindən bu günədək aktual mövzu olan COVID-19 pandemiyası ilə əlaqədar dünyada qeyri-müəyyənlik hökm sürür, insanlar normal rutinində alışmadıqları dəyişikliklərə məcbur olurlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusən bu günlərdə insanlara virusdan qorunmaq üçün bir çox çağırışlarla səslənib. Bunlardan biri də gündəlik həyatımızda icra etdiyimiz nağd ödəmə üsuluna aiddir. Bir kağız əsginas gün ərzində əldən-ələ hesabsız dövriyyə edir. Bu da koronavirusun kağız əsginasla keçmə təhlükəsini istisna etmir.
ÜST-nin çağırışına dəstək olaraq “Rabitəbank” da hər kəsi nağdsız ödəniş əməliyyatlarına üstünlük verməyə səsləyib. “Rabitəbank”ın üstün cashback sisteminə malik taksit və debit kartı “Kartmane”, “PayPass Sticker” kimi innovativ məhsulları ilə nağdsız ödəniş sistemi müştərilərinin həyat tərzinə çevrilməkdədir. Bu tədbirə diqqəti gücləndirmək üçün “Rabitəbank” “Endorphin” reklam agentliyi ilə birgə “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası hazırlayıb. Posterlərdə əsas məqsəd dünyada ən çox istifadə olunan 3 valyutada əks olunmuş şəxsləri tibbi maska ilə təsvir etməklə nağdsız ödənişin təhlükəsizliyini insanlara çatdırmaq idi.
Paylaşıldığı gündən etibarən posterlər sosial mediada geniş səs doğuraraq Gürcüstan, Türkiyə, Qazaxıstan, Rusiya, Yaponiya və Avropanın bir çox ölkələrinin reklam və marketinq platformalarında paylaşılıb. Hər il keçirilən Kiyev Beynəlxalq Reklam Festivalına (KIAF) qatılmaqla bu poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafata layiq görülüb. Bu layihə həm də digər kateqoriyalarda da bir gümüş və iki bürünc mükafat qazanmaqla ümumillikdə 5 mükafatla festivalın “TOP 10”na daxil olub. Qeyd edək ki, Azərbaycan reklam sənayesi üçün bu festivaldan həm qızıl, həm də eyni işlə 5 mükafat qazanmaq bir ilk idi.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.