İDMAN
® “ESL Mobile Open” tərəfindən keçirilən turnirin qalibi olan ilk Azərbaycan komandası
Bakı, 28 sentyabr, AZƏRTAC
Beynəlxalq Elektron İdman Liqasının təşkilatçılığı ilə keçirilən kiberidmanın “PUBG Mobile” oyunu üzrə “ESL Mobile Open” yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 16 komandanın təmsil olunduğu onlayn turnirdə Avropa və Asiyanın tanınmış oyunçuları da bacarıqlarını sınayıblar.
İki ay davam edən yarışın sonunda ölkəmizin “GMT Esports” komandası turnirin qalibi adını qazanıb. Bütün görüşlərdə yüksək peşəkarlıq nümayiş etdirən təmsilçilərimiz “GMT Esports” kollektivinin çempion olmasına böyük töhfə veriblər. Birinci yerə layiq görülən “GMT Esports” komandası 3 min ABŞ dolları məbləğində mükafata da sahib olub.
Qeyd edək ki, “GMT Esports” gərgin rəqabətli yarışda Rusiyanın “1218” və İsveç -Ukraynanın müştərək “GODSENT” komandalarını qabaqlayıb.