"Azerbaijan International" turnirində dörddəbir finalçılar müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
“Azerbaijan International 2019” turnirində 3-cü yarış gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 5 kateqoriya üzrə keçirilən turnirdə səkkizdəbir və dörddəbir final mərhələsinin oyunları təşkil olunub. Badmintonçularımızdan kişilərin qoşa yarışında mübarizə aparan Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo səkkizdəbir finalda Almaniya təmsilçiləri Mark Lamsfuss-Marvin Seidel tandemi ilə qarşılaşıb. Badmintonçularımız bu kateqoriya üzrə turnirin 2 nömrəli favoritlərinə 0:2 (8-21, 6-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Səbuhi Hüseynov bu mərhələdə Bolqarıstan badmintonçuları Aleks Vlaar-Dimitar Yanakiev cütlüyü ilə qarşılaşıb. Badmintonçularımız rəqibinə 0:2 (10-21,8-21) hesabı ilə məğlub olub. Qadınların qoşa yarışında Xavər Bayramova-Elnurə Cəfərova cütlüyü hindistanlı Manişa-Rutaparna Panda duetinə 0:2 (6-21,9-21) hesabı ilə uduzub.
“Azerbaijan International 2019” turnirinə bu gün yarımfinal və final görüşləri ilə yekun vurulacaq. Turnirin həlledici oyunları saat 16:00-dan İctimai Televiziyada canlı yayımlanacaq. Bakı İdman Sarayında keçirilən yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]