"Azərreyl" komandası qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub









Bakı, 24 aprel, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “Abşeron”u məğlub edən “Azərreyl” qızıl medala sahib çıxıb.
Milli Gimnastika Arenasında keçirilən ikinci final oyunu "dəmiryolçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə “Abşeron” eyni hesabla qalib gəldiyi üçün "qızıl set" oynanılıb. Burada isə rəqibini 15:12 hesabı ilə üstələyən "Azərreyl" Azərbaycan çempionu olub.
Ötən il də bu kollektivlərin finaldakı duelində "Azərreyl" qələbə qazanmışdı.
Qeyd edək ki, kişi voleybolçular arasında Yüksək Liqada isə final matçı aprelin 25-də "Murov Az Terminal" və "Azərreyl" klubları arasında olacaq. İlk qarşılaşma “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.