"Kəpəz" – “Turan Tovuz” oyununun Qəbələdə keçirilməsinin səbəbi açıqlanıb
Bakı, 7 yanvar, AZƏRTAC
"Kəpəz" komandasının Azərbaycan Premyer Liqasının XIX turunda "Turan Tovuz"la keçirəcəyi ev oyunun yerinin dəyişdirilməsinin səbəbi bəlli olub.
Gəncə klubundan AZƏRTAC-a verilən məlumata görə, bunadək rəqiblərini Tovuz şəhər stadionunda qəbul edən "sarı-göylər" qərb derbisinin həmin arenada oynanılmaması üçün Peşəkar Futbol Liqasına müraciət edib.
“Qəbələ” və “Turan Tovuz” klublarının da razılığından sonra əzəli rəqiblərin prinsipial duelinin Qəbələ şəhər stadionunda təşkil olunmasına qərar verilib.
Bildirilib ki, qarşıdakı günlərdə “Kəpəz” klubunun çempionatın ikinci hissəsindəki digər ev oyunlarını harada keçirəcəyi ilə bağlı məsələyə tam aydınlıq gələcək.
Xatırladaq ki, Gəncə şəhər stadionu yenidən qurulduğu komanda rəqiblərini doğma məkanda qəbul edə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]