"Qarabağ" klubu yeni qapıçı transfer edib

Bakı, 10 iyun, AZƏRTAC
"Qarabağ" komandası yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər Ağdam təmsilçisində çıxış edəcək.
F.Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, Fabiyan Buntiç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2025 [14:19]
Azərbaycan avarçəkənləri “Prezident Kuboku”na 3 medalla başlayıblar
- 30.04.2025 [14:14]
Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək
- 30.04.2025 [14:10]
Çin millisinin sabiq baş məşqçisinə 20 illik həbs cəzası verilib
- 30.04.2025 [13:08]
Formula 1 pilotunun dəbilqəsi hərracda rekord qiymətə satılıb
- 30.04.2025 [12:21]
AFFA İntizam Komitəsi dörd klubu cərimələyib
- 30.04.2025 [11:38]