"Telefondan asılı olma!" mövzusunda onlayn seminar keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə "Telefondan asılı olma!" mövzusunda onlayn seminar keçirilib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Kifayət Ələkbərova telefon asılılığının əlamətlərindən və nomofobiya haqqında məlumat verib.
Kifayət Ələkbərova qeyd edib ki, bu asılılığımızdan uzaqlaşmaq üçün sosial şəbəkələrdə keçirdiyimiz vaxtı tənzimləməli, iradəmizlə mübarizə aparmağı öyrənməliyik.
Seminar maraqlı müzakirələrlə yadda qalıb.