Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Süni intellekt sahibkara kredit təklif edir: Mikrobankçılığın gələcəyi necə dəyişir?

® Süni intellekt sahibkara kredit təklif edir: Mikrobankçılığın gələcəyi necə dəyişir?

“Kapital Bank”ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulovla müsahibə

Mikrosahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün maliyyəyə vaxtında çıxış, çevik xidmət və biznesin ehtiyaclarına uyğun həllər xüsusi əhəmiyyət daşıyır. Rəqəmsallaşma və süni intellekt isə bankların mikrosahibkarlarla iş modelini dəyişərək maliyyə xidmətlərini daha sürətli və əlçatan edir.

“Kapital Bank” son illərdə mikro kreditləşmə modelində həyata keçirdiyi transformasiya ilə sahibkarların maliyyəyə çıxışını sadələşdirməyə, kredit proseslərini onların gündəlik biznes fəaliyyətinə uyğunlaşdırmağa çalışır. Bəs mikrosahibkarların maliyyəyə çıxışı son illərdə necə dəyişib? Texnologiya bankla sahibkar arasındakı münasibətləri hansı istiqamətdə yeniləyir və gələcəkdə rəqabəti nə müəyyən edəcək? Bu sualları “Kapital Bank”ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulova ünvanladıq.

- Bəxtiyar müəllim, mikrosahibkarlıq həm Azərbaycanda, həm də dünyada sürətli transformasiya dövründən keçir. Bu dəyişikliklər fonunda söhbətimizə bazarın ümumi mənzərəsindən başlamaq istərdik. Azərbaycanda mikrosahibkarlığın maliyyəyə çıxışı son illərdə necə dəyişib?

- Elədir, mikrosahibkarlıq ölkə iqtisadiyyatının mühüm hissəsidir və bu seqmentin maliyyəyə çıxışı bizneslərin inkişafında vacib rol oynayır. Amma uzun müddət mikrosahibkar üçün kredit əldə etmək kifayət qədər vaxt və sənədləşmə tələb edən proses olub. Ənənəvi modeldə sahibkarın filiala gəlməsi, sənədlər təqdim etməsi, zamin və ya digər təminat məsələlərini həll etməsi lazım gəlirdi.

Son illərdə bu yanaşma dəyişməyə başlayıb. Biz də təxminən 4 il əvvəl mikrokreditləşmədə transformasiyaya başladıq. Məqsədimiz sahibkarın maliyyəyə çıxışını daha sadə və sürətli etmək, kredit prosesini onun gündəlik biznes fəaliyyətinə uyğunlaşdırmaq idi.

Bu gün “Kapital Bank”ın mikrokredit müştərilərinin sayı 100 mindən çoxdur, kredit portfelimiz isə 660 milyon manat səviyyəsindədir. Bu göstəricilər mikrokreditləşmədə həyata keçirdiyimiz transformasiyanın miqyasını əks etdirir.

- Bəxtiyar bəy, qeyd etdiyiniz kimi uzun illər mikrokreditləşmə daha çox filial, sənəd, zamin və uzun təsdiq prosesləri üzərində qurulub. Mikrosahibkarların dəyişən ehtiyacları fonunda bu yanaşmada hansı yeniliklərə ehtiyac yarandı və Kapital Bank kreditləşmə modelində nəyi dəyişdi?

- Ənənəvi modeldə mikrosahibkarın işləmə ritmi ilə kredit proseslərinin sürəti arasında ciddi fərq yaranır. Sahibkar dövriyyəni idarə edir, stok alır, gündəlik qərarlar verir və bəzən maliyyəyə ehtiyacı planlaşdırılmadan, elə həmin gün yaranır. Belə bir şəraitdə günlərlə davam edən kredit prosesi sahibkarın ehtiyacına cavab vermir.

Məhz buna görə biz təxminən 4 il əvvəl mikrokreditləşmə modelimizdə ciddi transformasiyaya başladıq və Azərbaycanda bu istiqamətdə innovativ yanaşmanı ilk tətbiq edən tərəf olduq. Məqsədimiz sadəcə mövcud prosesi onlayn etmək deyil, mikrosahibkarın maliyyəyə çıxış modelini dəyişmək idi. Yəni, müştərilərimiz üçün daha sürətli, daha rahat və daha əlçatan kredit təcrübəsi yaratmaq.

Bu gün biz ay ərzində təxminən 13 min kredit veririk. İş günlərini və iş saatlarını nəzərə aldıqda, bu, orta hesabla hər dəqiqəyə ən azı 1 kredit deməkdir. Amma bu o demək deyil ki, mikrosahibkarlar bizdən yalnız iş saatlarında kredit əldə edə bilirlər. Tam əksinə, sahibkarlar 7/24 bizə kredit üçün müraciət edə bilərlər. Bunun üçün sadəcə “Birbank” mobil tətbiqinin olması kifayətdir.

Bu modelin əsasını rəqəmsallaşma təşkil edir. Kredit satışlarımızın təxminən 90 faizi rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Eyni zamanda, müştərinin biznesi ilə bağlı məlumatları dəqiqləşdirildikdən sonra qərarların təxminən 95 faizi tam avtomatik şəkildə qəbul olunur. Filiallarımızdakı proseslərin də böyük hissəsini rəqəmsallaşdırmışıq. Məsələn, imzalanma prosesi kağız üzərində deyil, rəqəmsal formada, SİMA vasitəsilə həyata keçirilir.

Sahibkarın kreditə çıxışı üçün 4 əsas kanalımız var: filial, məsafədən satış – “Telesales”, “Birbank” və “Birbank Biznes” tətbiqi. “Telesales” kanalı vasitəsilə sahibkar başdan-başa onlayn, maksimum 10-15 dəqiqə ərzində kredit əldə edə bilir. “Birbank” və ya “Birbank Biznes” tətbiqi vasitəsilə isə heç bir insan müdaxiləsi olmadan, tam onlayn şəkildə, əksər hallarda 5 dəqiqə ərzində kredit rəsmiləşdirmək mümkündür. Hazırda bu kanallarda həm kredit, həm də kredit kartı məhsullarını başdan-başa onlayn formada təqdim edirik. Artıq 30 mindən çox sahibkar qısamüddətli likvidlik ehtiyaclarını ödəmək üçün kredit kartı məhsulundan istifadə edib.

Əslində burada söhbət sadəcə kredit prosesini rəqəmsallaşdırmaqdan getmir. Bizim üçün əsas məsələ mikrosahibkarın maliyyəyə çıxış modelini dəyişməkdir. Sahibkar artıq bank prosesinə uyğunlaşmır, bankçılıq sahibkarın işləmə tempinə uyğunlaşır. Bu dəyişikliklərin nəticəsini müştəri məmnuniyyətində də görürük. NPS (Net Promoter Score) bizim üçün əsas strateji göstəricidir və biz bu göstəricilərlə hesablaşırıq. Transformasiyadan sonra mikrobiznes müştərilərimiz arasında NPS göstəricimiz 55,5 faizə yüksəlib. Hədəfimiz müştəri rəylərinə əsaslanaraq bu göstəricini daha da yaxşılaşdırmaqdır.

- Bu qədər sürətli və avtomatlaşdırılmış kredit qərarlarının arxasında hansı texnoloji infrastruktur dayanır?

- Biz real vaxt rejimində təbii ki, müştərilərimizin razılığı ilə dövlət orqanlarına inteqrasiyalardan, daxili data bazamızdan, müxtəlif məlumat mənbələrindən istifadə edirik. Sahibkarın kredit tarixçəsinə, əməliyyatlarına, maliyyə davranışına baxırıq. Yəni, qərar yalnız müraciət zamanı təqdim olunan məlumatlarla məhdudlaşmır, sahibkarın fəaliyyəti haqqında formalaşan ümumi məlumatı da nəzərə alırıq.

Ölkənin ən böyük banklarından olduğumuzu nəzərə alsaq, çox geniş sahibkar bazası ilə işləyirik. Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların davranışlarını, ehtiyaclarını və dəyişiklikləri yaxından müşahidə edirik. Bu da bizə həm konkret müştərini, həm də ümumilikdə sahibkarlıq seqmentində baş verən dəyişiklikləri daha yaxşı anlamağa imkan verir.

Bütün bunların əsasında qərarvermə prosesini mümkün qədər sürətli və avtomatik qurmuşuq. Yəni texnologiya burada sadəcə prosesi sürətləndirən vasitə deyil. Bizə sahibkarı daha yaxşı tanımağa və onun üçün daha uyğun qərar formalaşdırmağa imkan verən əsas alətlərdən biridir.

Üstəlik, bu imkan yalnız mövcud müştərilərimiz üçün deyil. Bankımızda hesabı olmayan sahibkar da tam onlayn hesab aça və kredit məhsullarından istifadə edə bilir.

- Mikrosahibkarlıqda hamıya eyni yanaşma modeli hələ də işləyirmi, yoxsa bankçılıq daha çox fərdiləşdirilmiş modellərə yönəlir?

- Düşünürəm ki, mikrosahibkarlıqda hamıya eyni məhsulu təqdim etmək versiyası artıq keçmişdə qalır. Çünki mikrosahibkarların fəaliyyət sahələri, bizneslərinin xüsusiyyətləri və ehtiyacları fərqlidir. Ona görə də bankçılıqda fərdiləşdirmənin rolu getdikcə artır.

Biz artıq bu istiqamətdə ilk addımlarımızı atmışıq. Məsələn, müştərilərlə kommunikasiyada onların fəaliyyət göstərdiyi sektoru və seqmenti nəzərə alır, buna uyğun push və SMS təklifləri hazırlayır və göndəririk. Məqsədimiz hamıya eyni kredit mesajını göndərmək deyil. Müştəri aldığı təklifin onun biznesinə və ehtiyacına uyğun olduğunu hiss etməlidir.

Məsələn, müəyyən sektorda fəaliyyət göstərən sahibkarın istifadə etdiyi hansısa mövsüm öncəsi malı və ya məhsulu müəyyən edə biliriksə, ona ümumi kredit təklifi əvəzinə məhz bu ehtiyac üzərindən maliyyələşdirmə təklifi edirik. Fərdiləşdirmə bizim üçün konkret ehtiyacları görməkdən başlayır. Amma onu da qeyd etmək lazımdır ki, biz bu istiqamətdə hələ başlanğıc mərhələsindəyik və müxtəlif yanaşmaları test edirik.

Yəni, hədəfimiz sadəcə müştəriyə fərqli kommunikasiya göndərmək deyil. Sahibkarın biznesini və ehtiyacını daha yaxşı anlayaraq ona uyğun məhsul və kredit şərtləri təqdim edən bankçılıq modeli qurmaqdır.

- Bankçılığın gələcəyindən danışmışkən qeyd etməliyik ki, süni intellekt artıq bank sektorunda gündəlik reallığa çevrilib. Mikrosahibkarlığa nəzərən danışsaq süni intellekt sizcə ən böyük dəyişimi harada yaradacaq?

- Biz süni intellekt həllərindən satış istiqamətində artıq istifadə edirik. Hazırda əsas istifadə sahələrimizdən biri sahibkarlarla ünsiyyət və onlara kredit təkliflərinin təqdim edilməsidir. Bununla bağlı hazırda pilot mərhələsində olan “AI sales agent” həllimiz var.

Bu modeldə müştəri ilə ilk ünsiyyəti insan deyil, süni intellekt həyata keçirir. İlk olaraq müştəriyə bu haqda məlumat verilir və süni intellekt sahibkarla özü əlaqə saxlayır, proaktiv şəkildə kredit təklifi təqdim edir, suallarını cavablandırır. Müştəri təkliflə maraqlanmadıqda isə bunun səbəbini anlamağa çalışır. Məsələn, hazırda kreditə ehtiyacı yoxdur, məbləğ uyğun deyil və ya başqa məhsula ehtiyacı var. Bu məlumat əsasında alternativ həll də təklif edə bilir. Eyni zamanda, “Birbank” tətbiqindəki “AI assistent” vasitəsilə pərakəndə müştərilərlə yanaşı, mikrosahibkarlar da yeni kart sifarişindən kreditə, köçürmələrdən depozitə qədər bank xidmətləri ilə bağlı suallarını yazaraq cavab ala, kart balansını və son əməliyyatlarını öyrənə, kart üzrə geri qaytarılma prosesini izləyə, filialların ünvanı və iş saatları haqqında məlumat əldə edə, özlərinə uyğun maliyyə təklifləri ilə tanış ola və bir sıra əməliyyatları birbaşa tətbiq üzərindən həyata keçirə bilərlər.

Düşünürəm ki, süni intellektin mikrobankçılıqda əsas təsiri bundan daha geniş olacaq. Gələcəkdə kreditləşmə modellərimizin də süni intellekt üzərində qurulmasını planlaşdırırıq. Qərarvermənin, müştəri davranışlarının təhlilinin və sahibkara ən uyğun təkliflərin hazırlanmasının süni intellekt vasitəsilə həyata keçirilməsi üzərində işləyəcəyik.

Burada məqsəd sadəcə satış prosesini avtomatlaşdırmaq deyil. Süni intellekt bizə sahibkarın davranışını daha yaxşı anlamağa, ehtiyacını daha düzgün müəyyənləşdirməyə və uyğun həlli daha doğru zamanda təqdim etməyə imkan verə bilər. Məncə, mikrobankçılıqda əsas dəyişiklik də məhz bu istiqamətdə olacaq.

- Sahibkarlarla işləyərkən sizi ən çox təəccübləndirən və ya motivasiya edən müşahidələr nələr olur? İlk biznes kreditini alan sahibkarların hekayələrində hansı dönüş nöqtələrini görürsünüz?

- Mikrosahibkarlarla işləyərkən diqqətimi ən çox onların çevikliyi və dəyişən şəraitə tez uyğunlaşmaları çəkir. Çox vaxt məhdud resurslarla işləyirlər, amma bazardakı dəyişikliklərə çox sürətli reaksiya verirlər.

Bu seqmentdə bizi motivasiya edən konkret nəticələr də var. 50 mindən çox fərdi sahibkar ilk biznes kreditini məhz “Birbank Biznes” vasitəsilə əldə edib. Bu kreditlərin ümumi məbləği 300 milyon manat olub. Bu rəqəmin arxasında isə hər birinin öz biznes hekayəsi olan sahibkar dayanır.

Daha maraqlısı odur ki, bu hekayələrin bir hissəsini zamanla izləyə bilirik. “Birbank”dan və ya “Birbank Biznes”dən kredit əldə etməzdən əvvəl mikroseqmentdə olan minlərlə sahibkar sonradan dövriyyəsini artıraraq kiçik və ya orta biznes mərhələsinə keçib.

Məncə, burada əsas dönüş nöqtəsi kreditin verilməsi deyil, həmin maliyyənin sahibkarın biznesində yaratdığı dəyişiklikdir. Kimisi yeni avadanlıq alır, kimisi fəaliyyətini genişləndirir, kimisi dövriyyəsini artırır. Bizim üçün ən motivasiyaedici məqam isə kiçik miqyasda başlayan bir biznesin bizim dəstəyimizlə və zamanla böyüdüyünü görməkdir.

- Beş il sonra Azərbaycanda mikrosahibkar bankdan nə gözləyəcək? Sizcə həmin dövrdə mikrobankçılıq bazarında rəqabəti müəyyən edən əsas amillər nə olacaq?

- Düşünürəm ki, Azərbaycanda mikrosahibkarlıq bankçılığı da qlobal trendlərlə paralel transformasiya olunacaq. Qarşıdakı illərdə sahibkar üçün yalnız maliyyə məhsulunun mövcudluğu deyil, bankın onun biznesini nə qədər yaxşı anlaması, ehtiyacını nə qədər dəqiq müəyyənləşdirməsi və uyğun həlli nə qədər sürətli təqdim etməsi önəmli olacaq. Bu prosesdə data, süni intellekt və rəqəmsal həllər əsas rol oynayacaq.

Biz bunun əlamətlərini artıq bu gündən bazarda müşahidə edirik. Hazırda 100 mindən çox mikrosahibkarla işləyirik. Bu miqyas bizə sahibkarların dəyişən davranışlarını və ehtiyaclarını daha yaxından görmək, bazardakı dəyişiklikləri daha yaxşı anlamaq imkanı verir.

Bu, bizim üçün yalnız bir rəqəm və ya bazar göstəricisi deyil, həm də böyük məsuliyyətdir. Qarşıdakı dövrdə əsas məsələ bu təcrübədən istifadə edərək sahibkar üçün daha uyğun və daha dəyərli bankçılıq həlləri yaratmaq olacaq. Bu baxımdan bazar payı və portfel artımı bizim üçün əsas strateji göstəricidir. Məqsədimiz ilk növbədə say baxımından əhatəni genişləndirməkdir. Həmçinin bazar araşdırmamıza əsasən deyə bilərəm ki, bu gün kredit satışlarının sayına görə bazarda birinci yerdəyik. Növbəti strateji dövrdə isə kredit portfelimizi 1 milyard manata çatdırmağı hədəfləyirik.

Bütün bunlar isə 1 vacib strateji hədəfə xidmət edir. Biz sahibkarın təkcə maliyyə ehtiyaclarını ödəyən bir qurum olmaq istəmirik. Məqsədimiz hər zaman onların yanında olan, onların şəxsi inkişafına dəstək olan, bizneslərini inkişaf etdirən tərəfdaşa çevrilməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Beynəlxalq simpoziumda Dilçilik İnstitutu əməkdaşlarının elmi məruzə və nəşrləri təqdim edilib

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO

SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

Qazaxıstanda keçirilən alimlərin beynəlxalq forumunda Azərbaycan da iştirak edir

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

Cudi Çikaqo “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: “Qadınlar dünyanı idarə etsəydi, necə olardı?”- MÜSAHİBƏ

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib

Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb