Abbas Əliyev: Yeni strategiya həmkarlar ittifaqlarının fəaliyyətinə sistemli yanaşma gətirir
Bakı, 5 iyun, AZƏRTAC
Sosial rifaha yönəlmiş layihələrin icrası davamlı şəkildə həyata keçirilir, uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətin müxtəlif təbəqələri üçün dəstək tədbirləri prioritet istiqamətlər sırasındadır. Gördüyümüz işlərin əsas məqsədi ölkədə həyata keçirilən sosial siyasətə dəstək vermək və bu istiqamətdə həmkarlar ittifaqlarının töhfəsini daha da artırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun Aparat rəhbərinin müavini Abbas Əliyev deyib.
O bildirib ki, konfederasiyanın fəaliyyətində struktur islahatları, gənclərlə iş, sosial layihələrin icrası və yeni siyasət istiqamətləri üzrə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə AHİK tərəfindən strateji fəaliyyət planı hazırlanaraq təsdiq olunub və artıq icrasına başlanılıb. Strategiya həmkarlar ittifaqlarının fəaliyyətində sistemli və səmərəli idarəetməni təmin etməklə, gənclərin fəallığının artırılması və sosial müdafiə tədbirlərinin genişləndirilməsini hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]