ABİDƏ KOMPLEKSİ UCALDILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC–ın müxbirinə bildirmişlər ki, daxili imkanlar hesabına aparılan tikinti işlərində yerli inşaatçılar çalışırlar. Hündürlüyü 7 metr olacaq qoşa obeliskin üzərində ağsulu milli qəhrəmanlar Şamil Ağasəf oğlu Ramazanovun və Yusif Əlyusif oğlu Əliyevin, habelə, 76 ağsulu şəhidin şəkilləri həkk ediləcəkdir.
Abidə kompleksinin mayın 9-da açılması nəzərdə tutulmuşdur.