ABŞ ACARISTANDA HAKİMİYYƏT DƏYİŞİKLİYİNİ ALQIŞLAYIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin mətbuat üçün yaydığı xüsusi məlumatında deyilir ki, Birləşmiş Ştatlar Acarıstan Muxtar Respublikasında hakimiyyətin dinc yolla dəyişilməsini alqışlamışdır.
Dövlət Departamentinin rəsmi bəyanatında deyilir:”Biz bu hadisəni Acarıstan Muxtar Respublikasında qanunçuluğun bərpası və demokratik hökumətin qurulması istiqamətində mühüm addım kimi qiymətləndiririk. Bu, bütün gürcü xalqı üçün tarixi gündür”.
ABŞ-ın xarici siyasət idarəsinin bəyanatında daha sonra deyilir:”Biz demokratik və iqtisadi islahatlar aparılmasında Gürcüstanla sıx əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]