ABŞ aprel ayına qədər Ukraynaya yardım haqqında yeni qanun layihəsi təqdim edə bilər
Bakı, 4 mart, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatası aprel ayına qədər Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı yeni qanun layihəsi təqdim edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson həm ABŞ-ın xarici müttəfiqlərinə yardım, həm də ölkə sərhədini qeyri-qanuni miqrant axınından qorumaq üçün tədbirləri özündə əks etdirən yeni qanun layihəsini irəli sürən Konqresin aşağı palatasının həmkarları ilə təkbətək görüşüb.
CNN-in qeyd etdiyi kimi, 66 milyard dollarlıq yardım yalnız hərbi məqsədlər üçün nəzərdə tutulub.
Qanun layihəsi üzərində işlərə ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Maykl Makkol rəhbərlik edir. O, martın və ya aprelin sonuna qədər Nümayəndələr Palatasında konsensusun əldə olunacağına ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]